İranda devalivasiya artıq günlük normaya çevrilib.

"Real Azərbaycan" xəbər verir ki, son bir-neçə gündə yerli valyuta dollar qarşısında xeyli ucuzlaşıb.

Belə ki, bir həftə öncə 1 dollar 239 min tümən idisə, hazırda bu rəqəm 260 min tümənə qədər yüksəlib. Yerli ekspertlər isə qeyd edilər ki, prosesin yaxın zamanda dayanması qeyri-mümkündür.

Qeyd edək ki, dolların bahalaşması əsas malların da sürətli şəkildə bahalaşmasına gətirib çıxarıb. İran iqtisadçılarının fikrincə, hazırda normal bir ailənin bir aylıq dolanışığı üçün minimum 100 milyon tümən pul lazımdır.