İslam pərdəsi altında tarixi xəyanət: İran mollalarının Göy məscid rüsvayçılığı
📍 Noyabrın 9-da İrəvandakı tarixi Göy məscidin iclas zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Mərasimdə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi şəxsən iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib.
📌 İran rəsmiləri yaxın gələcəkdə həmin zalda Çarentsin büstünün də qoyulacağını açıqlayıblar.
⁉️ Bəs nə üçün məhz Göy məscid? İrəvan xanlığının tarixini yaşadan, əsrlər boyu müsəlmanların ibadət məkanı olmuş bu abidədə erməni şairinin adının əbədiləşdirilməsi İran hakimiyyətinin İslam həmrəyliyi şüarları ilə ziddiyyət təşkil edən addım kimi qiymətləndirilir.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.