Kiberpolisin tutduğu Həsənə 7 il 6 ay cəza verildi: 646 minlik "çirlik pul"

📌 Onlayn qumar oyunları təşkil etməkdə və 646 min 761 manat pul vəsaitini leqallaşdırmaqda təqsirli bilinən 43 yaşlı Həsən Səbili Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

🎰 O, “7isles” adlı onlayn kazino saytı vasitəsilə qumar oyunları təşkil edib və müxtəlif maliyyə əməliyyatları ilə pulların izini itirib.