Lənkəranda içində 75 min manat olan seyf oğurlandı

🏠 Lənkəranda evlərin birindən 500 manat və içərisində 75 min manat olan seyf oğurlanıb.

👮 Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıb.

⚖️ Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.