TikTok-da nalayiq ifadələr işlədən gənc 700 manat cərimələnib
Sosial şəbəkədə ictimai mənəviyyatı təhqir edən ifadələr işlədən 20 yaşlı tiktoker saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Fərid Nəsirov “Ağ şəhər” ərazisində avtomobilində TikTok-da canlı yayım zamanı nalayiq ifadələr işlədib. Məhkəmənin qərarı ilə ona 700 manat inzibati cərimə tətbiq edilib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.