Lənkəranskinin adamı Türkiyədə SAXLANILDI
🇹🇷 Rusiyanın axtarışa verdiyi azərbaycanlı Türkiyədə tutulub.
👮♂️ Lent.az xəbər verir ki, Muğla Polis İdarəsinin Kəşfiyyat və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbələrinin əməkdaşları əməliyyat keçirib.
📍 Əməliyyat zamanı Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən Azərbaycan vətəndaşı E.A. Marmarisdə saxlanılıb.
🔎 Məlumata görə, o, 2016-cı ildə Türkiyədə öldürülən “qanuni oğru” Rövşən Lənkəranskinin adamlarından biridir.
⛔ Onun barəsində Türkiyədə G-26 məhdudiyyət kodunun olduğu bildirilib.
⚖️ Hazırda onunla bağlı araşdırmalar davam etdirilir.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.