Mal əti yenə bahalaşdı: qiymət 25 manata çatıb

📈 Paytaxtda mal ətinin qiymətində növbəti artım qeydə alınıb.

Qəssabların sözlərinə görə, hazırda sümüklü mal ətinin kiloqramı 19 manat, sümüksüz ətin qiyməti isə 25 manatdır. Əvvəllər bu qiymətlər müvafiq olaraq 18 və 23 manat olub.

Artımın əsas səbəbi kimi mal-qaranın azalması, yem və ot xərclərinin bahalaşması göstərilir.

🐄 Fermerlər bildirirlər ki, xərclərin artması səbəbindən heyvan saxlayanların sayı azalıb.

İqtisadçılar isə qiymət artımını qlobal bazardakı bahalaşma və maya dəyərinin yüksəlməsi ilə əlaqələndirirlər.