Qazaxıstanda hərbi təlim zamanı 9 hərbçi Xəzərdə batıb
⚓ Qazaxıstanın Manqistau vilayətində hərbi təlimlər zamanı güclü dalğa 19 hərbçini dənizə sürükləyib.
❗ Hadisə nəticəsində 9 hərbçi həyatını itirib, 3 nəfər xilas edilib. Digər hərbçilərin axtarışı davam etdirilir.
🌪️ Qazaxıstan Müdafiə Nazirliyi bildirib ki, hadisə hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində baş verib.
🚁 Axtarış-xilasetmə əməliyyatına Hərbi Dəniz Qüvvələri, FHN əməkdaşları, aviasiya və digər xidmətlər cəlb olunub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.