Media və Yayım Şurası Almaniyanın keçmiş BND rəhbəri August Hanninglə bağlı istintaqda Azərbaycanın adının hallandırılmasını dezinformasiya və qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib.

▪️ Şura “Der Spiegel”, “Reuters”, “AFP”, “France 24” və digər mediada yayılan iddiaların rəsmi mənbəyə əsaslanmadan tirajlanmasını qəbuledilməz informasiya manipulyasiyası adlandırıb.

▪️ Şura beynəlxalq medianı dəqiqlik, obyektivlik, etibarlı mənbələrə istinad və məlumatların yoxlanılması prinsiplərinə əməl etməyə çağırıb.