Qara dənizdə vurulan gəminin azərbaycanlı kapitanı polkovnik olub

• Rumıniya sahilləri yaxınlığında dronla vurulan “Royad Məmmədov” gəmisinin kapitanı, 52 yaşlı Rüstəm Həsənov ehtiyatda olan hərbçi olub.

🎖 O, uzun illər Azərbaycan Hərbi Dəniz Qüvvələrində xidmət edib və polkovnik rütbəsinədək yüksəlib. Ordudan tərxis olunduqdan sonra “Palmali” şirkətində gəmi kapitanı kimi çalışıb.

• Hücum nəticəsində Rüstəm Həsənov həlak olub, 24 yaşlı azərbaycanlı Məhəmməd Süleymanzadə itkin düşüb. Onun axtarışları davam edir.

🏥 Gəmidəki digər Azərbaycan vətəndaşları xilas edilib, onlardan üçü xəstəxanada müalicə alır.

• Ümumilikdə gəmidə olan 13 nəfərdən 11-i xilas edilib.