Media və Yayım Şurası: Geyim qaydaları ilə bağlı sosial mediada koordinasiyalı manipulyasiya aparılır

Şuranın açıqlamasına görə, vahid geyim qaydaları bəzi dairələr tərəfindən siyasiləşdirilir, dini müstəviyə çəkilir və süni gərginlik yaradılır.

📱 Qurum oxşar paylaşımların və neqativ şərhlərin kütləvi yayılmasını, ictimai qaydanı pozmağa çağırışları xaricdən vahid mərkəzdən idarə olunan informasiya manipulyasiyası kimi qiymətləndirib.

🔎 Vətəndaşlar və media istifadəçiləri manipulyativ məzmunu yoxlamadan yaymamağa çağırılıb.