Məktəbli forması ilə bağlı müzakirələrə İran və Türkiyədən gələn fərqli reaksiyalar diqqət çəkib.

🇮🇷 İran XİN sözçüsü İsmayıl Bəqai məsələnin Azərbaycanın daxili imkanları və ictimai dialoq yolu ilə həllinə üstünlük verən mövqe nümayiş etdirib.

🇹🇷 Məqalədə isə Türkiyənin bəzi siyasi və media dairələrində daha sərt ritorikanın səsləndiyi, məktəbli forması məsələsinin dini azadlıqlar kontekstində təqdim edildiyi bildirilir.

📊 APA-nın monitorinqinə görə, hicab mövzusu üzrə Azərbaycana qarşı informasiya hücumlarının 64 faizə qədəri Türkiyə, 11 faizi isə İran mənbələrinin payına düşüb.

📌 Yazıda vurğulanır ki, məktəbli forması və dünyəvi təhsil qaydaları Azərbaycanın daxili hüquqi məsələsidir və bu mövzunun xarici siyasi təzyiq vasitəsinə çevrilməsi yolverilməz hesab olunur.