Motosikletçi qəzada öldü, azərbaycanlı sürücü saxlanıldı

📍 Türkiyədə Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobili motosikletlə toqquşub.

▪️ Qəza nəticəsində motosikletçi Tayfun Arlı ağır yaralanıb və xəstəxanada ölüb.

🚔 Hadisə yerindən qaçdığı bildirilən azərbaycanlı sürücü B.S. polis tərəfindən qısa müddətdə saxlanılıb.

⚖️ Sürücü polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndərilib. Faktla bağlı araşdırma aparılır.