Qaxda ağır qəza: 17 yaşlı yeniyetmə ölüb, 4 nəfər yaralanıb

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 02 radələrində Qax rayonu ərazisində baş verib.

▪️Kamran Məmmədovun idarə etdiyi “Opel” əvvəlcə dirəyə, daha sonra divara çırpılıb.

▪️ Qəza nəticəsində 17 yaşlı Elcan Muxtarov ölüb.

🔻16 yaşlı Ziyad Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və 18 yaşlı Ərhan Əlizadə müxtəlif dərəcəli xəsarətlər alıblar.