Naxçıvanda dəhşətli hadisə: nənə yeni doğulan nəvəsini öldürüb
📍 Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S.-nin məhkəmə prosesi başa çatıb.
⚖️ Məhkəmədə məlum olub ki, körpəni onun öz nənəsi öldürüb. Səbəb isə uşağın nikahdankənar doğulması olub.
İstintaq materiallarına görə, qadın körpəni avtomobildə boğaraq öldürüb, daha sonra meyitini gizlədib.
🔒 K.S. təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.