Toy gecəsi balta ilə öldürülən gəlin: faciənin dəhşətli TƏFƏRRÜATLARI
🇵🇱 Polşada 41 yaşlı qadın toyundan bir gün sonra dəhşətli şəkildə qətlə yetirilib.
🔹 Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Opole voyevodalığının Skoroqoşe kəndində baş verib.
🔹 Məlumata görə, 47 yaşlı kişi və 41 yaşlı qadın şənbə günü evləniblər. Növbəti səhər polis ailədaxili münaqişə barədə məlumat alıb və hadisə yerinə gəlib.
🔹 Evdə qadının meyiti aşkarlanıb. İlkin ehtimala görə, o, balta zərbələri nəticəsində öldürülüb.
🔹 Polis qadının həyat yoldaşını şübhəli şəxs qismində saxlayıb. Hadisə zamanı kişinin sərxoş vəziyyətdə olduğu bildirilir.
🔎 Faktla bağlı araşdırma davam edir.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.