Neftçalada 13 yaşlı velosipedçinin ölümü ilə nəticələnən qəzanın detalları açıqlanıb.

📍 Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, yeniyetmə çiynində daşıdığı portativ səsucaldıcıda musiqi dinləyərək velosiped sürərkən yol kəsişməsində “Belarus” markalı traktorun qoşqusu ilə toqquşub.

⚫ 13 yaşlı velosipedçi hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır. ⚠️ BDYPİ azyaşlıların velosiped və digər ikitəkərli nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etmələrinin və valideyn nəzarətinin vacibliyini vurğulayıb.