Nənələr” qrupunun üzvünün oğlu dron hücumunda öldü

Ukraynada hərbi həkim kimi xidmət edən 58 yaşlı lənkəranlı Vahab Quliyev Kupyansk istiqamətində dron hücumu zamanı həlak olub.

📌 O, “Nənələr” folklor qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur. Vahab Quliyev müharibədə iki dəfə yaralansa da, müalicədən sonra yenidən xidmətə qayıdıb.

🇦🇿 Onun nəşinin Azərbaycana gətirilərək doğulduğu Separadi kəndində dəfn olunması üçün tədbirlər görülür.