Olimpik İdman və İstirahət Kompleksi”nin rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

⚖️ “Olimpik İdman və İstirahət Kompleksi” MMC-nin rəhbəri Məmişov Qoşqar Sabit oğlunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilib.

💰 Səbəb şirkətin və rəhbərin vergi borcları olub. Məlumata görə, MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 13 min 228 manat borcu yaranıb.

📩 Dövlət Vergi Xidməti borcun ödənilməsi ilə bağlı bir neçə dəfə bildiriş göndərsə də, ödəniş həyata keçirilməyib.

🏛 Məhkəmə qərarı ilə borclar tam ödənilənədək Q. Məmişovun Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.