Prokuror 9 il cəza istədi, hakim azadlığa buraxdı - Bakıda ŞOK MƏHKƏMƏ

🔻 Bakıda quldurluqda təqsirləndirilən E.F. məhkəmə zalından azad edilib.

📌 Məhkəmə ittihamları Cinayət Məcəlləsinin 128-ci maddəsinə (qəsdən sağlamlığa yüngül zərər vurma) tövsif edib və işə xitam verib.

📌 Dövlət ittihamçısı isə E.F.-in 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

📍 İttihama görə, hadisə Qaraçuxurda baş verib. E.F. 2 manat çay pulu verməkdən imtina edən şəxsi izləyərək döyüb. O, əvvəlcə quldurluq maddələri ilə məsuliyyətə cəlb olunmuşdu.