Qardaşının şirkətinə maşınla buraxılmadı, bıçağa əl atdı

🔹 Bakının Biləcəri qəsəbəsində 63 yaşlı kişi qardaşına məxsus şirkətin həyətinə avtomobillə daxil olmaq istəyib. Mühafizəçi onu tanımadığı üçün içəri buraxmayıb.

⚡ Buna əsəbiləşən kişi avtomobildən bıçaq götürərək “şirkət mənimdir” deyə mühafizəçini hədələyib.

Polis tərəfindən saxlanılan şəxs məhkəmənin qərarı ilə 100 manat cərimələnib.