Qanunsuz estetik prosedur edən klinika və rəhbəri CƏRİMƏLƏNDİ

🏥 “Kristal Estetik”də gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra vətəndaşın səhhətinə zərər vurulması ilə bağlı araşdırma aparılıb.

🔎 Prokurorluq müəyyən edib ki, proseduru həyata keçirən kosmetoloq Aytəkin Musayevanın ali tibb təhsili olmayıb, onun əmək müqaviləsi rəsmiləşdirilməyib və tibbi sənədləşmə aparılmayıb.

💰 Məhkəmə klinikanı ümumilikdə 26 min manat, direktoru Roza Əliyevanı isə 3 min manat cərimələyib.