Sabiq baş konsul Sultan Qasımovun məhkəməsi təxirə salındı
Dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovun məhkəmə prosesi baş tutmayıb.
Səbəb təqsirləndirilən şəxsin vəkilinin prosesdə iştirak etməməsi olub.
Növbəti məhkəmə iclası sentyabrın 30-na saat 17:45-ə təyin edilib.
İttihama görə, zərərçəkənlərə 200 min manatdan çox ziyan dəyib. Sultan Qasımova Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.