254 milyon manatlıq qanunsuz pul köçürmələri – 6 nəfərə hökm oxundu

Külli miqdarda vəsaitin leqallaşdırılması və vergidən yayınmaqda ittiham olunan 6 nəfərin məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bahadır Qasımov 2 il 11 ay, İkram və Fərhad Qasımov 4 il 6 ay, Cavid Əzizov və Anar Əhmədov 4 il, Vəli Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, dəstə 254 milyon manatdan çox qanunsuz pul köçürməsi həyata keçirib. Axtarış zamanı 1,5 milyon dollar, 1,4 milyon manat, silah və qiymətli əşyalar aşkarlanıb.