Vətən Müharibəsi Qəhrəmanının atasının pensiyası kəsildi

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun atası Vahid Bədəlovun 10 ildir II qrup əlilliyə görə aldığı pensiya kəsilib.

💬 Şəhidin anası Südabə Qazıyeva bildirib ki, həyat yoldaşı 2016-cı ildə infarkt keçirib, açıq ürək əməliyyatı olunub. O, həmçinin şəkər xəstəliyindən əziyyət çəkir, beyin qansızması və kəllə-beyin travması keçirib.

“Çoxsaylı xəstəlikləri var, bu insanın salamat bir yeri yoxdur. Elə günümüz xəstəxanalarda keçir”.

📌 Şəhid anasının sözlərinə görə, bir aydan çoxdur müxtəlif xəstəxanalara müraciət etsələr də, sənədləşmə problemi həll olunmur. O iddia edib ki, TƏBİB tərəfindən Zaqatala xəstəxanasına həyat yoldaşının sənədlərinin sistemə daxil edilməməsi barədə göstəriş verilib.

Südabə Qazıyeva həyat yoldaşının əyani komissiyada müayinə olunmasını tələb edir.

Qafqazinfo |