Sabah Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.
Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Balakən şəhərinin, 26 kəndinin və 1 qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.