Rep Navai narkotikə görə saxlanıldığı Qazaxıstanın təcridxanasından azad edilib.

O, dünən rayon İstintaq Təcridxanasına aparılıb, daha sonra sərbəst buraxılıb. Navai yaxın zamanda Rusiyaya uçacaq.

Musiqiçi narkotik vasitə – marixuana ilə sərhəddə saxlanılıb və Taraz şəhərində təcridxanaya yerləşdirilib. Ona narkotik vasitələrin qaçaqmalçılığı maddəsi ilə ittiham irəli sürülüb. İfaçının yaxın konsertləri ləğv edilib.