RƏSMİ❗️Yanvardan etibarən 2500 manata qədər maaş alan fiziki şəxslərdən 3 faiz yox, 5 faiz gəlir vergisi tutulacaq.
✅ Dəyişikliklərə görə, aylıq vergitutulan gəliri 2500 manatadək olan şəxslər 5 faiz dərəcəsi ilə gəlir vergisi ödəyəcəklər.
✅ Aylıq gəliri 2500 manatdan 8000 manatadək olan şəxslər üçün vergi 125 manat və 2500 manatdan çox olan məbləğin 10 faizi əsasında hesablanacaq.
✅ 8000 manatdan çox aylıq gəlir əldə edən şəxslər isə 675 manat və 8000 manatdan artıq olan məbləğin 14 faizi həcmində vergi ödəyəcəklər.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.