Saatlıda ağır qəza: Sürücünün 7 yaşlı bacısı öldü
📍 Hadisə Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun Saatlı şəhərindən keçən hissəsində baş verib.
🚗 23 yaşlı Rəhman Məmmədov idarə etdiyi “Mercedes-Benz C180” markalı avtomobillə işıq dirəyinə, daha sonra parkın hasarına çırpılıb.
🏥 Qəzada sürücünün 7 yaşlı bacısı Bahar Məmmədova və digər sərnişin Könül Məmmədova yaralanıb.
Xəstəxanaya çatdırılan Baharın həyatını xilas etmək mümkün olmayıb.
⚖️ Faktla bağlı cinayət işi başlanıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.