Şəhid ailə üzvlərinə, xüsusilə şəhid analarına yeni güzəşt təklif olunub.

🏛 Deputat Naqif Həmzəyev bildirib ki, hazırda dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma üçün yaş həddi 65-dir və şəhid ailə üzvləri üçün ayrıca norma nəzərdə tutulmayıb.

📌 Deputat təklif edib ki, şəhid ailə üzvlərinin 65 yaşdan sonra işləməsi sadələşdirilmiş qaydada uzadılsın, onlar üçün mövcud 5 illik limit artırılsın və ya ümumiyyətlə tətbiq edilməsin.