TikTok-da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarovun bank hesabında 800 min manat əmanət saxladığı iddia olunur.
“Real Azərbaycan” xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, TikTok-da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarovun bank hesabında 800 min manat məbləğində əmanət olduğu bildirilir.
İddialara görə, sözügedən vəsait bankda depozit şəklində yerləşdirilib. Məlumatda qeyd olunur ki, Cabbarov hər ilin sonunda həmin əmanətdən əldə olunan faiz gəlirini götürür.
Yayılan məlumatların Babək Cabbarovun yaxın çevrəsinə istinadən yayıldığı bildirilir. Lakin əmanətin hansı bankda saxlanıldığı, onun hansı tarixdə yerləşdirildiyi və faiz gəlirinin məbləği ilə bağlı hər hansı konkret məlumat açıqlanmayıb.
“Real Azərbaycan” olaraq qeyd edirik ki, 800 min manatlıq əmanətlə bağlı hazırda müstəqil və rəsmi təsdiqlənmiş məlumat əldə etmək mümkün olmayıb.
Bu səbəbdən məlumat yalnız iddia kimi təqdim edilir. Babək Cabbarov tərəfindən sözügedən iddia ilə bağlı açıqlama veriləcəyi təqdirdə, həmin mövqeni dərc etməyə hazırıq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.