Sumqayıtda AİLƏ DRAMI: boşanmaq istəyən arvadını öldürdü

Lent.az xəbər verir ki, hadisə axşam saatlarında Corat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 33 yaşlı Əsgər Hüseynov ondan boşanmaq istəyən arvadı, 31 yaşlı Şəhanə Hüseynovanı bıçaqlayaraq öldürüb.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Əsgər Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.