Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Sərnişinlər niyə artıq pul ödəyir?
⚠️ Taksi sifariş edərkən tətbiqdə bir qiymət göstərilir, səfərin sonunda isə məbləğ gözlənilmədən artır. Məsələn, 5 manatlıq gediş haqqı 9 manata yüksəlir. Bəs bu fərq nədən yaranır və sərnişin əlavə məbləği ödəməyə məcburdurmu?
Qiymətin dəyişməsinə tıxac, yolun uzanması, səfər müddətinin artması və taksi şirkətinin tarif qaydaları təsir göstərə bilər. Lakin tətbiqdə əvvəlcədən sabit qiymət göstərilibsə, onun artırılması üçün əsaslı səbəb olmalıdır.
Bəs sürücü yolu bilərəkdən uzadarsa və ya heç bir izah vermədən əlavə pul tələb edərsə, sərnişin nə etməlidir? Belə hallarda artıq ödənilən məbləği geri almaq mümkündürmü?
Lent.az taksi xidmətlərində qiymət fərqlərinin səbəblərini, sərnişinlərin hüquqlarını və əlavə ödənişlərdən qorunma yollarını araşdırıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.