TikTok-da “vəkiləm” deyib yarım milyon topladı – Zərərçəkənlər MƏHKƏMƏDƏ
▪️ TikTok-da özünü “vəkil” kimi təqdim edib 145 nəfərin pulunu ələ keçirməkdə təqsirləndirilən Səbiyyə Panəliyevanın məhkəməsi davam edir.
🗣 Məhkəmədə zərərçəkənlər ifadə veriblər. Onlardan biri Panəliyevanın özünü “Hüquq mərkəzi”nin direktoru və Lomonosov adına universitetin hüquq fakültəsinin məzunu kimi təqdim etdiyini bildirib.
💰 Zərərçəkənlərin sözlərinə görə, Panəliyeva hüquqi məsələləri həll edəcəyini vəd edərək onlardan müxtəlif məbləğlərdə pul alıb. Zərərçəkənlərdən biri 10 min manatdan çox ziyana düşdüyünü deyib.
▪️ İttihama görə, Panəliyeva 145 nəfərin ümumilikdə 449 min 916 manatını ələ keçirib. İstintaq zamanı 381 min 529 manat ziyanın ödənilməsi təmin olunub.
📅 Növbəti məhkəmə iclası oktyabrın 20-də keçiriləcək.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.