Tovuz rayon Kooperativ Cəmiyyətləri İttifaqının sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

💰 Buna səbəb ittifaqın dövlət büdcəsi və fondlara 31 min 605 manat vergi borcunun olmasıdır.

⚖️ Məhkəmənin qərarına əsasən, borc ödənilənədək 78 yaşlı Mücaməddin Axundovun Azərbaycandan çıxışına qadağa tətbiq olunub.

📌 O, həmçinin Tovuz Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvüdür.