Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın musiqi qurumlarının iştirakı ilə Türk Dünyası Bəstəkarlar Birliyi təsis edilib.

Birliyin yaradılması Bakı Bəyannaməsinin imzalanması ilə rəsmiləşdirilib. Məqsəd türk ölkələrinin musiqi sahəsində peşəkar əməkdaşlığını gücləndirməkdir.