Velosiped zolağı var, davamı yoxdur: Bakının ƏN PROBLEMLİ küçələri

📍 Bakıda velosiped və skuter zolaqlarının uzunluğu ildən-ilə artır. 2024-cü ildə 35 km olan mikromobillik şəbəkəsi 2026-cı ilin iyulunda 66,6 km-ə çatıb. Hədəf isə 100 km-dir.

⚠️ Ancaq əsas problemlərdən biri zolaqların bəzi ərazilərdə fasiləsiz olmamasıdır. Velosiped yolu bir küçədə başlayır, müəyyən məsafədən sonra qəfil bitir və velosipedçi avtomobillərin hərəkət etdiyi hissəyə çıxmalı olur.

🚧 Rəşid Behbudov küçəsində də velosiped zolağının bəzi hissələrdə daralması narazılıq yaradıb. AYNA bunu küçənin həmin hissəsinin dar olması və mövcud yol infrastrukturu ilə izah edib.

🏙 Bakının bir çox küçəsinin velosiped infrastrukturu nəzərə alınmadan salınması, parklanma yerləri, avtobus dayanacaqları və intensiv avtomobil axını da vahid şəbəkənin yaradılmasını çətinləşdirir.

❓ Bəs zolaq bitəndə velosipedçi hara getməlidir və Bakının ən problemli küçələri hansılardır?