Xalq artisti və aparıcı Ofeliya Sənani xəstəxanaya yerləşdirilib.

Məlumata görə, o, oktyabrın 5-də evində yıxılıb və bud sümüyü sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, zəruri tibbi yardım göstərildikdən sonra Ofeliya Sənani ailə üzvlərinin yazılı iltizamı əsasında digər tibb müəssisəsinə təxliyə edilib.

Axşam.az