Xəstənin həyatı təhlükədə idi” - Firdovsi İbrahimov haqqında yazılanlara cavab verdi

👨‍⚕️ Tanınmış ürək həkimi Firdovsi İbrahimov sosial mediada onunla bağlı yayılan məlumatlara münasibət bildirib.

🏥 Həkim qeyd edib ki, ağır ürək çatışmazlığı və kardiogen şok vəziyyətində xəstə Mərkəzi Klinikaya gətirilib və həyatı təhlükədə olub.

⚕️ Onun sözlərinə görə, xəstəyə dərhal tibbi yardım göstərilib, invaziv müdaxilə ilə vəziyyəti stabilləşdirilib və sonradan evə buraxılıb.

📢 Firdovsi İbrahimov bildirib ki, yayılan bəzi məlumatlar həqiqəti əks etdirmir və həkimlərə qarşı əsassız ittihamların yolverilməz olduğunu qeyd edib.