Zakir Həsənov Hərbi Polis İdarəsinin ön əməliyyat bazasında olub

🔹 Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası bölüyünün ön əməliyyat bazasında görülən işlərlə tanış olub.

🔹 Bildirilib ki, bazadakı tədbirlər NATO standartlarına uyğunlaşdırılıb və sülhməramlı əməliyyatlarda qarşılıqlı fəaliyyətə yönəlib.

📌 Nazir döyüş hazırlığı, maddi-texniki təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.