Zaqatalada sahibkar Əmrah Ramazan xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.

💰 İttihama görə, gübrə satışı ilə məşğul olan sahibkar aldığı məhsulların pulunu ödəməyib və zərərçəkənlərə 924 min 901 manat ziyan vurub.

⚖️ O, Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham olunaraq həbs edilib. İstintaq zamanı dəymiş ziyandan 144 min manat ödənilib.

📌 İş üzrə 3 nəfər və “Sara Qrup” QSC zərərçəkmiş kimi tanınıb. Əmrah Ramazanın Zaqatala Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Valeh Qazilovun oğlu olduğu bildirilir.

I APA