Azərbaycanlı qadın Antalyada faciəli şəkildə öldü
🚛 Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində ağır yol qəzası baş verib.
⚠️ Məlumata görə, idarəetməni itirən TIR avtobus dayanacağına çırpılıb və dayanacaqda olan şəxslərin üzərinə aşıb.
🕯️ Qəza nəticəsində 23 yaşlı Azərbaycan vətəndaşı Alyona Dovqalyova və 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova həyatını itirib.
📍 Hadisə Manavqat–Alanya D-400 avtomobil yolunun Çolaklı məhəlləsində qeydə alınıb.
🔎 Faktla bağlı araşdırma aparılır.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.