Manyak aktyor”a ömürlük həbs cəzası verildi : 100-dən çox qurbanı olduğunu etiraf edib

▪️ Rusiyada Aleksey Qaskov 9 qadın və 1 kişinin qətlində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

▪️ Məhkəmənin qərarına əsasən, o, cəzasını xüsusi rejimli həbsxanada çəkəcək.

▪️ Qaskov dindirmə zamanı 100-dən çox qurbanı ola biləcəyini bildirib, lakin istintaq bu iddianı hələ təsdiqləməyib.

▪️ Onun 2002-ci ildən silsilə cinayətlər törətdiyi, 2025-ci ildə saxlanıldığı bildirilib.