Vüsal Şilderin qətlinin sifarişçisi özünü təqsirli bilmədi
📍 Bakı Ağır Cinayətlər Məhkəməsində 13 il əvvəl baş verən qətlin təşkilində təqsirləndirilən Xəyal Əlizadənin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
❌ Xəyal Əlizadə ona qarşı irəli sürülən ittihamı qəbul etməyib və ifadə vermək üçün şahidlərin və zərərçəkmiş tərəfin dinlənilməsini gözlədiyini bildirib.
🕯️ 23 yaşlı Almaniya vətəndaşı, Qərb Universitetinin tələbəsi Vüsal Şilder 2013-cü il mayın 2-də Bakının Nərimanov rayonunda bıçaqlanaraq öldürülüb.
🔎 İstintaq zamanı Xəyal Əlizadənin cinayətin təşkilində şübhəli bilindiyi bildirilib. O, BƏƏ-də saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
⏳ Növbəti məhkəmə iclası oktyabrın 20-si saat 16:30-a təyin olunub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.