Bakı-Şamaxı yolunun 93-cü kilometrliyində hərəkətdə olan “Ford” markalı avtomobildə tüstülənmə müşahidə olunub.
Xidmətdə olan YPX Alayının əməkdaşları avtomobili saxlayıb və yanğın aşkar edildikdən sonra sürücü Kənan Abdullayevlə səhhətində problem olan atasını maşından çıxarıblar.
Polis əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alov söndürülüb və avtomobilin tamamilə yanmasının qarşısı alınıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.