Cəlilabadda körpə anasının bətnində öldü

🔹 Cəlilabad rayonunun Adnalı kənd sakini Aygün Əhmətli səhhətində yaranan problemlə bağlı Lənkəran Regional Perinatal Mərkəzə müraciət edib.

🔹 Həkimlərin müayinəsi zamanı qadının bətnindəki dölün öldüyü müəyyən edilib.

🔹 Daha sonra tibbi müdaxilə ilə ölü döl qadının bətnindən çıxarılıb.

🔹 Hazırda qadının vəziyyətinin normal olduğu bildirilir.

🔹 Qeyd edək ki, Aygün Əhmətli iki övlad anasıdır. Bu, onun üçüncü hamiləliyi olub.