Sumqayıt yolunda TIR avtomobili əzdi: ölən var

🚛 Abşeron rayonunun Masazır kəndi ərazisində ağır yol qəzası baş verib.

🔹 FHN-in məlumatına görə, hadisə iritutumlu yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

🔹 Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

🔹 Qəza nəticəsində daha 2 nəfər xəsarət alıb.

🔹 Hadisə ilə bağlı araşdırma aparılır.