Bakıda 13 il əvvəl tələbə öldürtdürülüb? – MƏHKƏMƏ BAŞLADI
🔹 Bakı Ağır Cinayətlər Məhkəməsində Vüsal Şilderin qətlinin təşkilində təqsirləndirilən Xəyal Əlizadənin cinayət işi üzrə baxış keçirilib.
🔹 Xəyal Əlizadə ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib və hazırda ifadə vermək istəmədiyini bildirib.
🔹 23 yaşlı Almaniya vətəndaşı, Qərb Universitetinin tələbəsi Vüsal Şilder 2013-cü il mayın 2-də Bakının Nərimanov rayonunda bıçaqlanaraq öldürülüb.
🔹 İstintaq zamanı Xəyal Əlizadənin cinayəti təşkil etməsinə dair şübhələrin yarandığı bildirilib. O, BƏƏ-də saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
🔹 İş üzrə daha əvvəl Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
📅 Növbəti məhkəmə iclası oktyabrın 20-si saat 16:30-a təyin olunub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.