Çində axtarışda olan azərbaycanlı ölkəmizə ekstradisiya edilib.

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 2025-ci ildə Bakıda həyat yoldaşına bıçaqla xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan İbrahimov Rüstəm Hüseyn oğlunun yeri Çin Xalq Respublikasında müəyyən edilib və o, həbs olunub.

Azərbaycan və Çin arasında təslim etmə haqqında müqaviləyə əsasən aparılan danışıqlardan sonra onun ölkəmizə ekstradisiyasına razılıq verilib.

Rüstəm İbrahimov oktyabrın 28-də Azərbaycana gətirilib və məhkəmənin qərarı ilə istintaq təcridxanasına yerləşdirilib.