Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür

❗️MHP sədri Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə yazılı açıqlama yayıb.

🤝 O bildirib ki, iki ölkə arasındakı qardaşlıq xalqların iradəsi və ortaq mübarizəsi nəticəsində möhkəmlənib, nəsillər boyu yaşadılıb.

🌍 Bağçalı Türk dünyasındakı fikir ayrılıqlarının dərinləşməsinə və ixtilafların daimi parçalanmaya çevrilməsinə imkan verilməməli olduğunu vurğulayıb.

📌 Onun sözlərinə görə, Türk dünyasının gücü qarşılıqlı etimadda, müstəqilliyə hörmətdə və ortaq məqsədlər ətrafında birliyin qorunmasındadır.